XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 20:17

Donald Tramp:"Lazım gələrsə, Meksika ilə sərhədə insanlardan canlı sədd qurarıq"

ABŞ Prezidenti Donald Tramp Meksika sərhədində divar tikintisi üçün vəsait ayırmağa Konqres tərəfindən razılıq verilməsə, sərhəddə insanlardan ibarət canlı sədd qurulacağını istisna etməyib.

Bu barədə dövlət başçısı “Twitter”dəki səhifəsində yazıb.

“Cənub sərhədimizi keçmək üçün Meksika ərazisi ilə saysız-hesabsız insanlar gəlir. Artıq əlavə hərbi qüvvələr göndərmişik. Lazım gələrsə, insanlardan canlı sədd də qurarıq”, – D.Tramp yazıb.

ABŞ Prezidenti həmçinin divar tikilərsə, belə ifrat addımlara ehtiyac qalmayacağını da qeyd edib/Report.