Fransanın Milli Assambleyasında “dağıdıcılara qarşı qanun” ilk oxunuşdan keçib.
AZƏRTAC xəbər verir ki, Assambleyanın sessiyasında 553 deputatdan 387-si iştirak edib. Onlardan 92-si qanunun əleyhinə səs verib, 74-ü isə bitərəf qalıb.
Fransa iqtidar partiyasının 50 üzvü səsvermədə bitərəf qalıb.
Bu qanunun nümayişlər zamanı zorakılığın qarşısını almaq və nümayişlərin fəallarını cəzalandırmaq üçün qəbul edildiyi bildirilir.