XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2016 - 16:17

Qırğızstanda dollarla kredit vermək qadağan olundu

dollar

 

Qırğızıstanda kommersiya banklarının və digər maliyyə institutlarının ipoteka və istehlak kreditlərini xarici valyutada verilməsinə qoyulmuş qadağa fevralın 28-dən qüvvəyə minəcək.

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, bu haqda Qırğızıstanın KirTAQ teleqraf agentliyi məlumat yayıb. Qırğızıstan Milli Bankından verilən məlumata görə, bununla bağlı qurumun İdarə Heyəti fevralın 10-da qərar verib. Milli Bank kommersiya banklarının nümayəndələrinin təklifləri əsasında normativ hüquqi aktlarına əlavə və dəyişikliklər edib.

Qadağa maliyyə hesabatlılığı, kredit qaytarılması, kreditin təkrar restrukturizasiyası, 250 min qırğız somunadək olan kreditlərin aylıq monitorinqinin aparılması, kredit alınması zamanı çəkilən xərclərin siyahısının müəyyən edilməsi ilə bağlı prosedurları tənzimləyəcək.