XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2019 - 16:59

İŞİD-çilər Avropaya necə keçir? –Ələ keçirilən terrorçudan sensasiyalı etiraflar

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına bağlı terrorçular Avropada yeni cihad hücumları dalğası başlada bilər. Bu xəbərdarlığı bu günlərdə Interpol rəhbəri Jürgen Stock jurnalistlərlə söhbətində səsləndirib. O, yeni terrorçu dalğasını “İŞİD 2.0” adlandırıb. Məsələ bundadır ki, əvvəllər həbs olunmuş bir sıra cihadçılar həbsdən buraxılır, bəziləri Avropaya qayıdır, bəziləri barədə isə polisin heç məlumatı yoxdur və “yatmış hüceyrə” kimi fəaliyyət göstərir.

“The Daily Beast” portalında Anne Speçhard və Ardian Şaxkovic yazırlar prezident Donald Trampın əksini iddia etməsinə baxmayaraq, ABŞ kəşfiyyat rəhbərləri İŞİD-in hələ də məğlub edilmədiyini deyirlər.

Ötən həftə Zorakı Ekstremizmin Araşdırılması üzrə Beynəlxalq Mərkəz Suriyada ABŞ koalisiyasının dəstəklədiyi YPG kürd qruplaşmasının saxladığı 18 İŞİD üzvünü dindirib.

Onlardan biri 35 yaşlı tunisli Abdel Kadr 2008-ci ildə qanunsuz şəkildə Avropaya keçib, orada bir almaniyalı ilə evlənməklə qanuni yaşamaq və işləmək hüququ əldə edib. Abdel Kadr “dinə tapındığını”, daha sonra bir çox əcnəbi döyüşçülər kimi, Bəşər Əsəd qüvvələrinin əzdiyi suriyalıların köməyinə getdiyini deyir. O, 2014-cü ildə humanitar ləvazimat dolu maşının sükanı arxasına keçərək Almaniyadan Suriyaya yollanıb.

Abdel Kadr sonucda İŞİD-ə qoşulub və ötən il YPG tərəfindən ələ keçirilib. O, İŞİD-in Avropaya və bütün dünyaya gizli fəaliyyət göstərmək məqsədilə əməliyyatçılar göndərdiyini deyib. Onlar kəşfiyyatçılardır. “Günün 24 saatını maskayla keçirirlər. Məxsusi olaraq bunun üçün seçiliblər. Öz evləri, xüsusi ailələri var. Məxsusi seçiliblər və çoxu Avropaya göndərilib”, – o deyib. Abdel Kadr Avropada 1000 partizan olduğunu, özlərini müxtəlif millətlərdən olan qaçqınlar kimi təqdim etməyi planlaşdırdıqlarını sözləyib. Deyir, İŞİD həmin şəxsləri Avropadakı qaçqın axınının içərisinə yerləşdirə bilib və çoxları da Avropaya saxta pasportla göndərilir.