XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 16:29

Ərdoğan:“Heç kim Rusiyaya demir ki, niyə Türkiyənin hava məkanını pozursan?"

 

erdoqan-24

 

“Suriyadakı atəşkəsi dəstəkləyirik, amma atəşkəs İŞİD və “Ən-Nüsra” kimi, PYD-YPG-yə də şamil olunmamalıdır, çünki PYD-YPG də terror təşkilatıdır”.

 

Strateq.az apa.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada muxtarlarla 21-ci görüşündə çıxış edərkən deyib. O, Ankarada fevralın 17-də baş verən terror aktını PKK, PYD və YPG-nin həyata keçirdiyini söyləyib:

 

“Bunların terror təşkilatı olduğunu anLamaq üçün bombaların başqa paytaxtlarda da partlaması lazımdır?”

 

Ərdoğan ötən ilin noyabrında Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması məsələsinə də toxunub:

“Bizə deyirlər ki, təyyarəni vurmasaydınız, məsələlər bu səviyyəyə gəlməzdi. Heç kim Rusiyaya demir ki, niyə Türkiyənin hava məkanını pozursan? Həm də bir neçə dəfə. Dəfələrlə xəbərdarlıq etmişdik, amma nəzərə alınmadı. Belə bir hərəkət Rusiyanın özünə qarşı edilsə, onlar nə edəcək? Həmin təyyarəyə “buyur, keç” deyəcəklər?”

 

R.T.Ərdoğan Rusiyanın və rus xalqının düşməni olmadıqlarını vurğulayıb:

“Rusiya ilə dostluğumuz çox yüksək səviyyədə idi, Strateji Əməkdaşlıq Şurası yaradılmışdı. Ticarətimiz 35 milyard dollara çatmışdı və 100 milyarda çatdırmaq planlaşdırılırdı. 4 milyon rusiyalı turist Türkiyəyə gəlirdi. Biz Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmamışdıq. Belə bir dövrdə bizə qarşı bu hərəkətin edilməsi qəbuledilməzdir”.

 

R.T.Ərdoğanın sözlərinə görə, Suriya Rusiya üçün maraqlarının olduğu uzaq diyar ola bilər, Türkiyə üçünsə həyati mənafelərinin olduğu bir ölkədir.