XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

06 Fevral 2019 - 18:12

Rusiya Prezidenti bəzi Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib- Detallar

Rusiya Prezidenti Vladimir Putin ölkəyə vizasız daxil olmaq hüququna malik Türkiyə vətəndaşları kateqoriyasını genişləndirib.

Azərtac Rusiya KİV-lərinə istinadla xəbər verir ki, müvafiq fərman rəsmi hüquqi məlumat portalında yerləşdirilib.

Fərmana əsasən, bundan sonra RF-ə qısamüddətli ezamiyyətə gələn xüsusi pasporta malik Türkiyə vətəndaşları, o cümlədən diplomatik nümayəndəliklər və konsulluq müəssisələri, həmçinin beynəlxalq avtomobil daşımaları həyata keçirən peşəkar sürücülər “Türkiyə tərəfindən analoji addımlar atılması şərti ilə” vizasız rejimdən istifadə edə biləcəklər.

Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər çərçivəsində bu ölkə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul etmişdi.