“Gələn həftə İŞİD-in Suriyadan yüz faiz təmizləndiyini açıqlaya bilərik”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp İŞİD Əleyhinə Koalisiyanın Xarici İşlər Nazirləri toplantısında çıxışı zamanı deyib.
Vəzifəyə gəldiyi gündən etibarən İŞİD-ə qarşı verdiyi mübarizədən danışan Tramp atdığı ilk addımlardan birinin Pentaqona gedərək İŞİD-i məhv edəcək bir plan hazırlanmasını istəmək olduğunu söyləyib.
Tramp həmçinin bu illər ərzində İŞİD-in internet vasitəsilə təbliğat aparmaq cəhdlərinə də ağır zərbə vurulduğunu qeyd edib/Axar.az.