XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2015 - 06:54

“Charlie Hebdo”nun karikaturaçısı: “Daha Məhəmməd peyğəmbərin şəklini çəkməyəcəm”

sarle.jpg

Parisdə dərc olunan “Charlie Hebdo” satirik həftəlik dərgisinin fransalı karikaturaçısı Renald Luze Məhəmməd Peyğəmbərlə bağlı şəkil çəkməyəcəyini bildirib.

“Report” xəbər verir ki, rəssam “Euronews”a açıqlamasında belə deyib.

Renald Luze bildirib ki, artıq yorulub: “Bu, məni artıq maraqlandırmır. Mən də Sarkozi (Fransanın keçmiş prezidenti Nikolya Sarkozini nəzərdə tutur – S.İ.) kimi yorulmuşam. Həyatımı şəkli çəkməyə sərf etmək istəmirəm”.

O, jurnalın keçmiş baş redaktoru Filipp Valyanın “terrorçular azı bir döyüşü uddular” fikri ilə razılaşmadığını deyib: “Bütövlükdə Fransa qorxmaqda davam edərsə, terrorçular qalib gələr”.

Bir müddət əvvəl Renald Luze “Charlie Hebdo”da Məhəmməd Peyğəmbərin karikaturasını çəkmişdi. Buna etiraz olaraq, dünyanın çeşidli ölkələrində aksiyalar keçirilmişdi.

2015-ci ilin yanvarın 7-də jurnalın Parisdəki redakiyasının binasına silahlı basqın edənlər də bildirmişdilər ki, məqsədləri peyğəmbərin karikaturasının çəkilməsinin qisasını almaqdır. Həmin basqın nəticəsində jurnalın 10 əməkdaşı və 2 polis öldürülmüşdü.