XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 14:15

Atambayevə cinayət işi açıla bilər –Sabiq prezidenti həbs etmək istəyirlər

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevə qarşı cinayət işi açıla bilər.

Bunu mətbuat konfransı zamanı Təhlükəsizlik Şurasının katibi Dəmir Saqınbayev bildirib.

O deyib ki, məhkəmədə birbaşa, yaxud dolayı ifadələr verilsə, onu məsuliyyətə cəlb edəcəklər. Katib bunun üçün parlamentdə toxunulmazlığın geri götürülməsinə dair qanunun da qəbul edilməsinin vacib olduğunu diqqətə çatdırlıb.

Qeyd edək ki, ötən il paytaxt Bişkəkdəki yeganə istilik elektrik stansiyasında baş verən qəzadan sonra başlanan korrupsiya haqqında cinayət işi çərçivəsində Almazbek Atambayevin dövründə yüksək vəzifələr tutmuş bir neçə nəfər həbs olunmuş, sabiq dövlət başçısının özü də həmin stansiyanın yenidən qurulması ilə bağlı verilən qərarların siyasi məsuliyyətini öz üzərinə götürmüşdü.

Ötən ilin dekabr ayında sabiq prezidentlərin cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə qanun layihəsi ölkə parlamentində birinci oxunuşda qəbul edilib/Report.