XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2015 - 11:19

İrəvandakı atışmada 3 nəfər öldü

Bu gün gündüz saatlarında İrəvanın mərkəzində atışma olub.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan paytaxtının Nubaraşen rayonu ərazisində davamlı atəş səsləri eşidilib. İrəvan polisi dərhal hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, bir neçə şəxs “Nubaraşen” türməsinin ətrafında avtomatlardan atəş açıb. Atışma zamanı 3 nəfər ölüb. Onlardan biri hadisə yerində, ikisi isə xəstəxanada keçinib.

Qanlı qırğının səbəbləri və təfərrüatları barədə hələlik heç nə məlum deyil.