XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 22:27

Sooronbay Jeenbekovdan Şanxay Əməkdaşlıq Təşkilatı haqda açıqlama:"...nə lazımdırsa, edəcəyik”

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Vladimir Norovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər arasında siyasi, təhlükəsizlik, mədəni-humanitar sahədə əməkdaşlıq, ŞƏT çərçivəsində iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Görüş zamanı, bu ilin iyun ayında Bişkekdə keçiriləcək ŞƏT dövlət başçılarının Zirvə görüşündə müzakirəyə çıxarılacaq məsələlər diqqət mərkəzində olub.

Prezident deyib ki, Qırğızıstanın sədrliyi ilə ŞƏT-də fəal iş aparılır: “İndiyədək bir sıra danışıqlar keçirilib, hazırda tərəflər arasında imzalanacaq sənədlər müzakirə olunur. Biz görüşün yüksək səviyyədə keçirilməsi üçün nə lazımdırsa, edəcəyik”.

V.Norov Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov və digər rəsmi şəxslərlə görüşləri və müzakirə olunan məsələlər haqqında məlumat verib.

Xatırladırıq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşıdır.