XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

08 Fevral 2019 - 11:42

Almaniya “Facebook”-a qadağa qoyur –Sosial şəbəkə qanunsuz informasiya toplamaqda ittiham olunur

“Facebook”-un Almaniyada informasiya toplaması məhdudlaşdırılır. Dünən – fevralın 7-də Almaniyada çıxarılmış qərardadeyilir ki, dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” bazarda dominantlığından sui-istifadə edərək istifadəçilər barədə onların razılığı olmadan informasiya toplayıb.

Ötən il “Cambridge Analytica” qalmaqalı üzə çıxardı ki, on milyonlarla “Facebook” istifadəçisinin şəxsi informasiyasından onların razılığı olmadan istifadə edilib.

Almaniya “Facebook”-a qarşı sərt mövqeyi ilə seçilir. Ölkənin antimonopoliya qurumu özəlliklə “Facebook”-un adamlar barədə üçüncü tərəf tətbiqlər – “WhatsApp” və “Instagram” vasitəsilə informasiya toplamasına etiraz edib. Hələ üstəlik, “Facebook” istifadəçisi olmayanlar “like” və “share” düymələri ilə onlayn izlənirmiş.

“Gələcəkdə “Facebook”-un istifadəçilərdən sosial şəbəkəyə aid olmayan informasiyanı hesablarına pərçimləməyi tələb etməsinə icazə verilməyəcək”, – federal rəsmi Andreas Mundt deyib.

“Facebook” isə üçillik araşdırmanın nəticəsi olan bu qərardan şikayət verəcəyini bildirir. Sosial şəbəkənin mövqeyincə, antimonopoliya qurumu onun üzləşdiyi rəqabəti nəzərə almır, ötən il Avropada qüvvəyə minmiş gizlililik qanunlarına zərbə vurur. “Facebok”-un Almaniyada 23 milyon gündəlik istifadəçisi var.