XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Fevral 2019 - 12:51

Rusiya NATO-dan tələb edir:Rumıniyadakı MK-41 RƏM sistemi məhv edilməlidir

“Birləşmiş Ştatlar NATO üzvü olan Rumıniyada MK-41 raket müdafiə sistemini ləğv etməklə Soyuq müharibə dövrünün nüvə sazişinə əməl etməlidir”. Belə bir tələblə Rusiya çıxış edib.

Rusiyanın Müdafiə Nazirliyi fevralın 7-də bildirib ki, Vaşinqton eyni səbəbdən hərbi dronlarını da məhv etməlidir. ABŞ səfirliyinin hərbi attaşesi nazirliyə çağırılıb və ona Moskvanın etirazı olan nota təqdim olunub.

Rusiya fevralın 3-də Ortamənzilli Raket Qüvvələri Sazişinin (INF) icrasını dayandırdığını elan edib. Bir gün öncə Birləşmiş Ştatlar elan edib ki, Moskva bu paktın pozulmasına son qoymazsa, altı ay ərzində ondan çıxacaq.

Moskva sazişi pozmadığını bildirir.

Birləşmiş Ştatların Rumıniyanın cənubundakı Deveseluda yerləşdirdiyi raket müdafiə sisteminin texniki adı “Aegis Ashore”dur. O, 2016-cı ilin mayında işə salınıb və hədəfi raketləri vurmaq, havadan müdafiədir.

Rumıniyanın xarici işlər naziri Teodor Meleskanu isə fevralın 7-də bildirib ki, “Aegis Ashore” yalnız müdafiə sistemidir. Rusiyanın tələbi “INF sazişini birbaşa pozan hərbi proqramları üçün yalnız bir bəhanədir. O əlavə edib ki, Rumıniya müttəfiqləri ilə məsləhətləşmələr aparacaq və məsələyə dair vahid mövqe ortaya qoyulacaq. (azadliq.org)