XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

08 Fevral 2019 - 19:49

Putin sabiq prezident Yanukoviçin mühafizəsinə göstəriş verib

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Rusiyada dövlət səviyyəsində mühafizə olunur.

Oxu.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Kreml rəsmisinin sözlərinə görə, sabiq ukraynalı lider Rusiya prezidenti Vladimir Putinin müvafiq fərmanı əsasında mühafizə olunur. Sözügedən fərman Yanukoviç Rusiya ərazisinə daxil olan zaman, hələ Ukrayna prezidenti olduğu dönəmdə imzalanıb. Bununla belə, mətbuat katibi Ukraynanın sabiq başçısını konkret olaraq hansı strukturun əməkdaşlarının qoruduğunu söyləməyib.

Bundan əvvəl Yanukoviç Moskvada mətbuat konfransı keçirərək, onun həyatına qəsdlə bağlı təhdidlərin olduğunu bildirmişdi.