XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2015 - 07:42

Fransalı professor Azərbaycan əsgərinə “terrorçu” dedi

“Mən bilmirəm, necə olacaq; Dağlıq Qarabağ Ermənistanla birləşəcək, yoxsa müstəqil olacaq. Ancaq dünya Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. Və biz Qarabağı Azərbaycanın hücumlarından qorumalıyıq”.

Strateq.az xəbər verir ki, bu sözləri erməni jurnalistlərə müsahibəsində İrəvanda “Soyqırım cinayətinə qarşı” adı altında “beynəlxalq” “forum”da iştirak edən Fransanın Lion Universitetinin professoru, Yaxın Şərq və Aralıq dənizi regionu üzrə ekspert Fabris Balanş söyləyib. O, bu günlərdə “sərhəddə bir neçə erməni əsgərinin də öldürüldüyünü” yada salaraq əlavə eidb: “Bu, bir daha göstərir ki, Qarabağı Azərbaycanın işğalçı siyasətindən qorumaq lazımdır”.

Bir neçə gün öncə Azərbaycan tərəfini xəbərdar etmədən Xankəndidə də olmuş fransalı ekspert Qarabağ uğrunda mübarizədə dini zəmini də önə çəkib və dolayısıyla Azərbaycan əsgərlərini “islam terrorçuları” adlandırıb: “Yaxın Şərqdə xristianlar İslam terrorçuları tərəfindən təqib edilir. Ancaq Qarabağ xalqı göstərdi ki, onlara (“islam terrorçularına” – S.L.) qarşı vuruşmaq olar. Düşünürəm ki, bu, mübarizə üçün ən yaxşı nümunədir…”.