XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

09 Fevral 2019 - 13:41

Vladimir Putin İtaliyaya gedəcək- Rəsmi səfər

Rusiya Prezidenti Vladimir Putin İtaliyaya səfər dəvətini qəbul edib.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Romada rusiyalı səfir Sergey Razov bildirib.

“İtaliya rəhbərliyinin müvafiq dəvəti məmnunluqla qəbul olunub. Konkret tarixlər diplomatik kanallarla razılaşdırılacaq və onlar barədə müəyyən edilmiş qaydada elan olunacaq”, – diplomat deyib.

Onun fikrincə, bu səfər ikitərəfli münasibətlərdə mühüm hadisə olacaq.

Xatırladaq ki, İtaliyanın Baş naziri Cuzeppe Konte bir müddət V.Putini rəsmi səfərə dəvət edib.

Sonra İtaliyanın Moskvadakı səfiri Paskuale Terraçano bildirib ki, səfər 2019-ci ilin birinci yarısında gözlənilir.