XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 Fevral 2019 - 14:55

Gürcüstandan Rusiyaya gedən avtomagistral yük avtomobilləri üçün bağlanıb- Yolların buz bağlaması və qar uçqunu təhlükəsinə görə

Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı yük, qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb.

Bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, Mtsxeta-Stepantsminda–Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb.

Departament qonşu ölkələrdən gələn yük maşınlarına alternativ yollardan istifadə etməyi məsləhət görür. Digər yüngül və minik avtomobilləri yol polisinin nəzarəti altında hərəkət edə bilirlər. Dağ yamaclarında qar uçqunu ehtimalı olduğu üçün axşamlar həmin avtomobillərin də hərəkətinə məhdudiyyətlər qoyulacağı gözlənilir.

Sinoptiklər fevralın 9-10-11-də Gürcüstan ərazisində havanın yağıntılı keçəcəyi barədə məlumat yayıb(azərtac).