XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2019 - 16:04

Parisdə retro avtomobil sərgisi keçirilir- FOTOLAR

Parisdə 44-cü retro avtomobil sərgi salonu qapılarını kolleksiyaçılara, eləcə də həvəskarlara açıb.

Azərtac xəbər verir ki, bu il 72 min kvadratmetrlik ərazidə 650 kolleksiyaçı və 100 klub 600 avtomobilini nümayiş etdirir. Bu il salona 120 min xarici və yerli ziyarətçinin gələcəyi gözlənilir. Salondan retro avtomobillərlə yanaşı, onların hissələrini də əldə etmək mümkündür.

Qeyd edək ki, 2018-ci ildə sərgi salonunda və telefon vasitəsilə keçirilən hərraclar zamanı 31 815 566 avroluq satış həyata keçirilib və bu, əvvəlki illə müqayisədə 13 faiz çoxdur. Salonda retro minik avtomobilləri ilə yanaşı, tanklar, yük maşınları, motosikletlər, sportkarlar da nümayiş olunur.

Sərgi fevralın 10-dək davam edəcək.