XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 Fevral 2019 - 17:53

“Yandeks” şirkəti serial istehsalına başlayır- Bu il azı 8 serialın çəkilişləri başlayacaq

Rusiyanın “Yandeks” şirkəti serial istehsalına başlayır.

Azərtac xəbər verir ki, “Vedomosti” qəzetinin yazdığına görə, “Yandeks. Studiya” artıq bu il azı 8 serialın çəkilişlərinə başlamaq niyyətindədir. İlk layihələrin 2020-ci ildə nümayiş ediləcəyi gözlənilir. Şirkət, həmçinin müxtəlif janrlarda filmlər və şou proqramlar da çəkəcək.

“Yandeks” şirkətinin Rusiya kinematoqrafiyasına həsr olunmuş “Kinopoisk” resursunun tərkibində onlayn kinoteatrı fəaliyyət göstərir. Şirkətdəki mənbə “Vedomosti” nəşrinə bildirib ki, “Yandeks” öz istehsalına başlamaqla onlayn kinoteatrı inkişaf etdirməyə və pullu abunəçilərin sayını artırmağa ümid bəsləyir.