XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2019 - 18:18

Parisdə “sarı jiletlilərin” növbəti aksiyası başlayıb- Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib

Parisdə polis bir neçə dəfə Yelisey sarayı yaxınlığında Birinci Fransisk meydanında nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Eyni zamanda, min nəfərdən çox nümayişçidən ibarət əsas kolon Monten avenyusu boyunca Yelisey sarayından Senaya doğru hərəkət edir. Yürüş sakit keçir, aksiyaya polis əməkdaşları nəzarət edirlər.

Daha əvvəl bildirilib ki, Fransada “sarı jiletlilər”in keçirdiyi etirazlar zamanı 8 polis yaralanıb.