Avropa Şurası Parlament Assambleyasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç İtaliyanın Baş naziri Cüzeppe Konteyə məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, D.Miyatoviç İtaliya hökumətinin limanlarını dənizdə xilas edilən miqrantları daşıyan gəmilər üçün bağlaması siyasətindən dərin narahatlığını ifadə edib. O, xilas edilənlərin hüquqlarının təmin edilməsinin və humanitar aspektin həmişə prioritet olmasının vacibliyini qeyd edib.