Fransada “sarı jiletlilər”in 13-cü ümummilli etiraz günü keçirilən nümayişlərində 51,4 mindən çox adam iştirak edib.
Bu barədə Fransa Daxili İşlər Nazirliyinin şənbə günü yaydığı yekun məlumatda bildirilir.
Qeyd olunur ki, Parisdə nümayişçilərin sayı 4 min nəfər təşkil edib.
Paris prokurorluğunun məlumatına görə, şəhərdə polis və jandarmeriya əməkdaşları tərəfindən 36 nəfər saxlanılıb. Onlardan 21-i həbs edilib.
Polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.
Hazırda bir neçə yüz nümayişçi paytaxt küçələrində qalmaqdadır, lakin onlarla polis arasında toqquşmalar səngiyib/Report.