XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

10 Fevral 2019 - 10:32

Polşa hökuməti quru sərhədlərini ciddi nəzarətə götürür- Səbəb

Polşa hökuməti sərhədlərini müddətli olaraq ciddi nəzarətə götürəcək.

Azərtac xəbər verir ki, buna səbəb fevralın 13-14-də ölkədə keçiriləcək Yaxın Şərqdə təhlükəsizlik sammitidir. Sammit ABŞ ilə ortaq reallaşdırılacaq.

Ölkəyə girişdə viza tələb olunan sakinlərlə yanaşı, viza tələb olunmayan Şengen zonasının vətəndaş və rezidentləri də ciddi yoxlamadan keçəcəklər. Polşa Daxili İşlər Nazirliyinin və Sərhəd Xidmətinin rəsmi məlumatlarında bildirilir ki, nəzarət fevralın 10-dan 16-dək həyata keçiriləcək. Həmçinin Varşavada həmin müddətdə icazəli silahın daşınması da qadağan olunub. Bununla bağlı ölkənin baş naziri xüsusi sərəncam imzalayıb.

Polşa bu cür müdafiə və yoxlama tədbirlərini son illərdə ölkədə baş tutan bütün beynəlxalq əhəmiyyətli tədbirlər zamanı tətbiq edir.