XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2019 - 11:06

Şahzadə Filip sürücülük vəsiqəsindən imtina edib- Son qəzadan sonra

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu, 97 yaşlı şahzadə Filip sürücülük vəsiqəsindən imtina edib.

Bakinqam sarayından verilən məlumata görə, şahzadə könüllü şəkildə vəsiqədən imtina edib.

Qeyd edək ki, şahzadə Filip yanvar ayında avtomobil qəzasına düşüb və qəza zamanı xəsarət almayıb. Polis tərəfindən aparılan araşdırmalar zamanı şahzadənin təhlükəsizlik kəmərindən istifadə etmədiyi ortaya çıxmışdı.