XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 20:52

Funt-sterlinq dollara nisbətdə dəyər itirib- Son 7 ildə ilk dəfə

 

funt

 

Böyük Britaniyanın pul vahidi funt-sterlinq 2009-cu ildən bu vaxtadək ilk dəfə ABŞ dollarına nisbətdə 1,40 səviyyəsindən aşağı düşüb. Buna Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması narahatlığının yaranmasının təsir etdiyi bildirilir.

 

Strateq.az azertag.az-ın Anadolu agentliyinə istinadla xəbər verir ki, funt-sterlinq Böyük Britaniyanın iyunun 23-də keçiriləcək referendumda ittifaqa üzvlükdən çıxa biləcəyi narahatlığının artması ilə son 7 ildə ilk dəfə dollara nisbətdə ən aşağı – 1,3889 səviyyəsinə düşüb.

 

ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley” və Avropanın köklü maliyyə qurumu olan Fransanın “Societe General” bankının analitikləri qarşıdakı dövrdə funt-sterlinqin dollara nisbətdə 1,30 səviyyəsinədək geriləyəcəyi qənaətindədirlər.

 

Böyük Britaniyanın bank nəhəngi “HSBC”dən edilən şərhdə isə Böyük Britaniyanın Aİ-yə üzvlükdən çıxacağı təqdirdə funt-sterlinqin dollara nisbətdə 20 faiz dəyər itirə biləcəyi xəbərdarlığı edilib.