XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2019 - 10:42

Prezident Tramp:“Əvvəlki prezidentlərdən çox işləyirəm”

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl mətbuata sızan iş qrafiki ilə bağlı qalmaqaldan sonra ünvanına səslənən tənqidlərə reaksiya verib.

Strateq.az banker.az-a istinadən bildirir ki, bundan əvvəl Trampın Ağ Evdəki gündəlik iş qrafikinin 60 faizə yaxınını şəxsi işlərinə sərf etdiyi barədə xəbər yayılmışdı.

“Əslində, məndən əvvəl gəlib-getmiş prezidentlərlə müqayisədə, daha çox işləyirəm”, – deyə Tramp qeyd edib. Ağ Ev rəhbəri bu iddialara “Twitter” səhifəsində cavab verib. Amerikalı lider bildirib ki, jurnalistlər onun haqqında mənfi yox, müsbət fikirlər səsləndirməlidir.