XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 08:14

“Atam əl ağacı ilə hücum etdi və dedi ki…” – Putin ailəsindən danışdı

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsi illərində atası və anası ilə bağlı xatirələrini bölüşüb.

O, “Russkiy pioner” jurnalında valideynlərinin möcüzə şəkildə necə sağ qalmalarından bəhs edib:

“Düzünü desəm, atam bu mövzuya toxunmağı belə sevmirdi (müharibə mövzusu-red.). Böyüklər öz aralarında nə isə danışanda və ya xatırlayanda mən sadəcə yanlarında olurdum. Mənim müharibə haqda, ailəmin başına gələnlər haqda məlumatım böyüklərin aralarında danışdıqlarından yaranmışdı”.

Putinin sözlərinə görə, atası hərbi xidməti Sevastopolda, sualtı qayıqda keçib, dənizçi olub:

“Onu 1939-da xidmətə çağırdılar. Qayıdandan sonra zavodda işləməyə başladı, anamla Petrodvortsda yaşadılar. Hətta, səhv etmirəmsə orada özlərinə ev tikdilər”.

Putin bildirib ki, müharibə başlayanda atası hərbi müəssisədə işləyirdi, bu isə onu orduya çağırışdan azad edirdi. Lakin atasının ərizə yazaraq könüllü şəkildə cəbhə getdiyini qeyd edir. Xalq Daxili İşlər komissarlığının kəşfiyyat bölməsində vuruşan atası elə orada da yaralanır:

“Atam necə yaralandığından danışırdı. Yara ağır idi. O bütün həyatını ayağında qəlpələrlə yaşadı. Ayaqları ağrıyırdı, lakin heç cür düzəlmədi. Sümüyü zədələməmək üçün kiçik qəlpələrə toxunmamağa qərar verdilər. Şükür Allaha ki, ayaqlarını saxladılar”.

Onun sözlərinə görə, atası döyüşən zamanlar böyük qardaşını anasından alaraq uşaq evinə verdilər, orada difteriya olan qardaşı ölür:

“Atam isə uşağı əlindən alandan və anam tək qalandan sonra əl ağacı ilə ayağa qalxdı və evə getdi. Evə yaxınlaşanda gördü ki, sanitarlar dəhlizdən meyitlər çıxarırlar və anamı tanıdı. Yaxınlaşdı və ona elə gəldi ki, anam nəfəs alır. Sanitarlara dedi ki, axı o hələ sağdır. Sanitarlar isə atama bildirdilər ki, yola qədər sağ qalar, daha yaşamayacaq. O danışırdı ki, əl ağacı ilə sanitarlara hücum etdi və anamı geriyə, mənzilə qaldırmağa məcbur etdi. Sanitarlar ona dedilər ki, necə istəyirsən elə də edərik. Lakin bil ki, biz bir də bura 2-3-4 həftə gəlməyəcəyik. özün həll etməli olacaqsan. Anam ondan sonra sağ qaldı və 1999-cu ilə qədər yaşadı”.

Putin yazır ki, atasının ailəsi böyük olub . Lakin 6 qardaşından 5-i ölüb: “Bu ailə üçün faciədir. Anamın da yaxınları öldülər. Mən isə gec gəlmiş uşaq idim. O, məni 41 yaşı olanda dünyaya gətirmişdi.

Əlbəttə, kədər, bədbəxtlik, faciə. Lakin ən təəccüblüsü odur ki, onların heç vaxt düşmənə nifrəti olmayıb. Düzünü desəm, mən indiyəə qədər də bunu sona kimi anlaya bilmirəm. Anam, ümumiyyətlə, çox yumşaq, mehriban insan idi. O həmişə deyirdi: “Bu əsgərlərə qarşı necə nifrət edə bilərəm. Onlar da müharibədə həlak olan adi insanlardır”. Bu heyrətamizdir. Biz sovet kitabları, filmləri ilə tərbiyə edilmişik və nifrət edirdik. Lakin onda isə bu hiss tamamilə yox idi. Onun bu sözlərini çox yaxşı xatırlayıram: “Onlar da bizim kimi fəhlələrdir. Sadəcə olaraq cəbhəyə göndəriliblər”.

Qeyd edək ki, bu, dövlət başçısının “Russkiy pionerdə” ilk köşəsi deyil. Jurnalın baş redaktorunun fikrincə isə, bu, Putinin indiyə qədər yazdığı ən açıq etiraflarıdır(Qafqazinfo).