XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 10:18

Makedoniyanın adı rəsmən dəyişdi –Bu ölkənin NATO üzvlüyünə yolu açıldı

Makedoniya hökuməti ölkənin adının dəyişdirildiyini, artıq rəsmən Şimali Makedoniya Respublikası olduğunu açıqlayıb. Bu, Yunanıstanla əldə olunan razılaşma nəticəsində mümkün olub. Sənəd artıq ölkənin NATO üzvlüyünə də yolunu açıb.

“Sizə Şimali Makedoniya Respublikasının konstitusiyasına düzəlişlərin olunması barədə məlumat veririk”, – hökumət yanvarın 12-də açıqladığı bəyanatda deyir. Ölkə parlamenti yanvarın 11-də konstitusiyaya dörd düzəlişi qəbul edib. Onlardan biri ölkənin adının dəyişdirilməsi ilə bağlı idi. Düzəlişlər rəsmi qəzetdə dərc olunub.

Xarici işlər naziri Nikola Dimitrov Yunanıstanla diplomatik notaların yekun olaraq dəyişdirildiyini vurğulayıb.

Qoy bu gün Yunanıstanla Şimali Makedoniya arasında uzun dostluğun başlanğıcı olsun. Keçmişimizi dəyişə bilmərik, amma dostluğumuzun, tərəfdaşlıq və əməkdaşlığımızın gələcəyini formalaşdıracağıq”, – nazir tvitində yazıb.

Artıq fevralın 13-dən yeni ad bir sıra rəsmi yol nişanlarına salınacaq. Bu işə Yunanıstanla sərhəddən başlanacaq. Bunu anonimlik şərtilə danışan rəsmi deyib.

Makedoniya 1991-ci ildə müstəqillik əldə edəndən Yunanıstan onun adına etiraz edir, bu adın özünün şimalındakı Makedoniya adlı regiona ərazi iddialarını ortaya qoyduğunu deyirdi. Bununla da Skopyenin Avropa Birliyi və NATO üzvlüyünə yolu bağlanmışdı. Hər iki ölkənin millətçiləri ad məsələsi üzrə danışıqlara qarşı çıxırdılar. Onlar qarşı tərəfə həddən artıq güzəştə gedildiyini bildiriblər.

Amma Yunanıstanın Baş naziri Aleksis Çipras  makedoniyalı həmkarı Zoran Zaevlə birlikdə münasibətlərin normallaşmasını hədəfləyən razılaşmanı əldə edə bildilər. Dimitrov fevralın 6-da NATO-ya qoşulma razılaşmasını imzalayıb. Bu, Skopyenin alyansın 30-cu üzvünə çevrilməsi yolunda vacib addım sayılır.

Fevralın 8-də Yunanıstan parlamenti Makedoniya-NATO razılaşmasını təsdiqləyib.

(Azadlıq radiosu)