XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 15:21

UEFA son 10 ildə danışılmış oyunlara görə 2 erməni hakimi cəzalandırıb- VİDEO

UEFA son 10 il üçün danışılmış oyunlarla bağlı mühüm cəza tədbirlərinin siyahısını yeniləyib.

“Report” xəbər verir ki, qurumun rəsmi saytında yer alan cədvəldə 9 klubun və 12 şəxsin adı var. Klublardan 4-ü Türkiyə təmsilçiləridir. Söhbət “Fənərbağça”, “Beşiktaş”, “Eskişehirspor” və “Sivasspor”dan gedir. Qitə futbol qurumu həmçinin “Pobeda” (Makedoniya), “Olimpiakos” (Yunanıstan), “Siqma” (Çexiya), “Metallist” (Ukrayna) və “Skenderbeu”nu (Albaniya) anoloji səbəbdən cəzalandırıb.

Danışılmış oyunlara görə diskvalifikasiya məruz qalan şəxslərdən 6-sı futbolçu, 3-ü referi, 2-si yan xətt hakimi, 1-i isə futbol məktəbinin əməkdaşıdır. Onların arasında ömürlük diskvalifikasiya ilə üzləşən iki nəfər Ermənistan hakimi də var.

Referi Andranik Arsenyan və köməkçisi Ovannes Avaqyan 2013/2014 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “İnter” (Finlandiya) – “Vikinqur” (Farer adaları) oyununda 2 absurd penalti təyin etməklə diqqət mərkəzinə düşüblər. Qonaqların futbolçusu Hanus Yakobsen 78-ci dəqiqədə penaltini dəqiq yerinə yetirsə də, meydan sahiblərindən Pim Bouman 80-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

İlk görüşdə qolsuz heç-heçə qeydə alındığından “Vikinqur” səfər qələbəsi sayəsində növbəti mərhələyə adlayıb. Aparılan araşdırmalardan sonra erməni hakimlərin oyuna pul qoyuluşu etdikəri müəyyənləşib və hər ikisi günahını boynuna alıb.