İslam inqilabının 40-cı ildönümü münasibətilə İran ordusunun istifadəsinə yeni istehsal olunan raketdaşıyan qayıq verilib.
AZƏRTAC xəbər verir ki, kompakt şəkildə olan qayıq “Zəfər” və “Nasir” tipli raketlərlə təchiz ediləcək. Bu raketlər dənizdə 80 kilometr məsafədəki hədəfləri dəqiq vurmaq imkanına malikdir.