XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 22:22

ƏDV ödəyicilərini müəyyənləşdirmək üçün proqram təminatı yaradılıb- Səudiyyə Ərəbistanında

Səudiyyə Ərəbistanının Vergi Agentliyi vergiödəyicilərinə biznes tərəfdaşlığı etdikləri şəxslərin yeni əlavə dəyər vergisi (ƏDV) üzrə qeydiyyata alınıb-alınmadıqlarını dəqiqləşdirməyə imkan yaradan xüsusi mobil proqram təminatını istifadəyə verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həm “Apple store”dən, həm də “Google market”dən əldə edilməsi mümkün olan bu mobil proqram ayrı-ayrı şəxslər və müəssisələrin ƏDV üçün qeydiyyata alınmış müəssisələrlə əməkdaşlığı üçün yaradılıb.

Bu xidmətdən istifadə üçün vergiödəyiciləri ƏDV qeydiyyatı şəhadətnaməsindəki ştrix-kodu skan edə və ya hesab-fakturada göstərilmiş 15 rəqəmli ƏDV identifikasiya nömrəsini proqrama daxil edə bilər. Proqram təminatına hesab üzrə əmələ gəlmiş ƏDV-nin məbləğini düzgün hesablamaqda vergiödəyicilərinə kömək etmək üçün kalkulyator funksiyası da daxil olunub.