XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 11:30

Vyanada ATƏT PA-nın 15-ciqış sessiyası işə başladı

 

1456383078423047108_1000x669

 

Bu gün Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 15-ci qış sessiyası işə başlayır.

 

ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin iştirak etdiyi sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

 

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, sessiyanın rəsmi açılışı Hofburq Sarayının konqres mərkəzində olacaq. Açılış iclasında ATƏT-in fəaliyyətdə olan sədri adından Almaniyanın ATƏT yanında daimi nümayəndəsi Qernot Erler, Parlament Assambleyasının prezidenti İlkka Kanerva və Avstriya Milli Şurasının sədri Doris Bures çıxış edəcəklər.

 

Sessiya çərçivəsində “ATƏT məkanında miqrant və qaçqın böhranı: kollektiv cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda xüsusi debat keçiriləcək.

 

Hər üç komitənin (siyasi məsələlər və təhlükəsizlik; iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; demokratiya, insan haqları və humanitar məsələlər) iclasları keçiriləcək. Komitələrin birgə iclası ilə sessiyanın işinə yekun vurulacaq(azərtac).