XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 13:07

Cənubi Koreya vətəndaşı yüksək dövlət vəzifəsinə təyin edildi –Özbəkistanda

Cənubi Koreya vətəndaşı Donqvuk Li Özbəkistan səhiyyə nazirinin müavini və Baş nazirin sosial inkişaf məsələləri üzrə müşaviri təyin edilib.

AZƏRTAC xəbər verir ki, D. Li bu vəzifələrdə qabaqcıl xarici təcrübənin həyata keçirilməsi, səhiyyə sahəsinin hüquqi cəhətdən idarə olunması, səhiyyədə maliyyə sisteminin təkmilləşdirilməsi, məcburi tibbi sığortanın həyata keçirilməsi, tibbi turizmin genişləndirilməsi, “elektron səhiyyə” sisteminin işə salınması kimi məsələlərə nəzarət edəcək.

D.Li bu vəzifələrə təyin olunmamışdan əvvəl Koreya Respublikasının səhiyyə və sosial müdafiə nazirinin müavini olub.