İran Prezidenti Həsən Ruhani İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) 27 üzvünün öldürüdüyü intiharçı hücumuna görə Birləşmiş Ştatları və müttəfiqlərini günahlandırıb.
“Bu cinayət Ağ ev, Təl-Əvivdə terrorçuluğun əsas tərəfdarlarının və onların regiondakı agentlərinin qara tarixçəsində çirkli ləkə kimi qalacaq”, – Ruhani fevralın 14-də deyib.
Tehran Birləşmiş Ştatları, İsraili və ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanını sünni yaraqlı qrupları dəstəkləməkdə dəfələrlə ittiham dib. Amma onlar ittihamları rədd edir. Ruhani İranın qonşularını “hüquqi məsuliyyət” götürməyə, terrorçuların onların ərazilərindən hücumlar üçün istifadəsini əngəlləməyə çağırıb.
“Bu davam eləsə və onlar terrorçuları dayandıra bilməsələr… bizim onlara qarşı vaxtında tədbir görməyə müəyyən hüquqlarımız var ”, – Ruhani deyib.
İran prezidenti aeroportda jurnalistlərə danışıb. O, Soçiyə yola düşüb. Orada rusiyalı və türkiyəli həmkarları ilə Suriya müharibəsini müzakirə edəcək.