Birləşmiş Ştatlar Yaxın Şərqdəki ölkələrin üzləşdiyi problemlərlə mübarizə üçün əməkdaşlıqda yeni era istəyir. Bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo Varşava konfransında deyib.
“Regionun problemlərindən heç biri öz-özünə həll olunan deyil. Biz təhlükəsizlik naminə birlikdə işləməliyik”, – Pompeo bildirib.
Dövlət katibi İran, Suriya, Yəmənlə bağlı regional problemləri sadalayıb və deyib ki, “bugünkü müzakirədə heç bir ölkə üstünlük təşkil etməyəcək və danışıqlarda heç bir məsələ əsas yer tutmayacaq”.
Pompeo bundan öncə demişdi ki, dünya “İranla mübarizə aparmadan Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail ola bilməz”. Tehran isə bu konfransı “sirk” adlandırıb. (azadliq.org)