XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 20:20

Putinlə Ruhaninin görüşündə maraqlı an –Rusiya prezidenti tərcümə problemini üzə çıxardı + VİDEO

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Həsən Ruhani arasında nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş zamanı maraqlı anlar yaşanıb.

Bu barədə RİA yazıb.

Məlumata görə, tərcümə avadanlığında yaranan problem görüşün dərhal başlamasına mane olub.

Belə ki, Putin nitqinə İranda baş vermiş teraktlarla əlaqədar Ruhaniyə başsağlığı ilə başlayıb. Lakin Rusiya lideri dərhal sonra qonaqların üz ifadələri və jestlərindən tərcümənin həyata keçirilmədiyini anlayıb. Bundan sonra Putin qonaqlara tərcümənin olub olmadığını soruşub.

Texniki problem təxminən bir dəqiqə yarım davam edib və Putin bu müddətdə bir neçə dəfə iranlı rəsmilərə cihazların çalışıb çalışmaması barədə suallar verib.

Problemin aradan qaldırılmasından sonra görüş davam edib/Axar.az.