XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 09:38

BMT:Yəməndə aclıqdan bütöv bir nəsil yox ola bilər

Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı çərşənbə xəbərdarlıq edib ki, davamlı qida çatışmazlığı səbəbilə bir nəsil yəmənli uşaq ölə bilər.

Yəməndə demək olar dörd ildir davam edən müharibə nəticəsində on minlərlə insan ölüb, iqtisadiyyat çöküb, milyonlarla insan aclıqla üzləşir. BMT dekabr ayında İsveçdə əldə olunan atəşkəsin imzalanmasına və qoşunların Yəmən idxallarının əsas giriş nöqtəsi olan Hüdeydədən çıxarılmasına çağırır.

Davam edən sülh danışıqlarının əsas məqsədi cəbhə bölgəsindəki BMT-nın 51 min ton buğda və üyütmə avadanlıqlarına çıxış əldə etməkdir.

Hüdeydə əhalisinin 70 faizi döyüş səbəbilə şəhərdən qaçıb. Dünya Ərzaq Proqramının diyetoloqu Trast Mlambo deyib ki, uzun müddətdə Hüdeydədə qida çatışmazlığı ilə üzləşən uşaqlar düzgün qidalanmaqdıqları üçün xəstəliklərə müqavimət göstərməkdə və məhsuldar olmaqda çətinlik çəkəcək.

“Birincisi, düşünürəm ki, kəskin qida çatışmazlığı ilə üzləşən bu uşaqlar həyatını itirəcək. Uzun müddətdə bu vəziyyət uşaqların məhsuldarlığına təsir göstərəcək, çünki onlar düzgün şəkildə qidalanmadan böyüyücək. Onlar xəstəliklərə müqavimət göstərə bilməyəcək, produktiv olmayacaq. Buna görə də, bizim bu uşaqları müdafiə edib, onlara xidmət göstərməyimiz çox mühümdür”, Mlabo söyləyib.

İki yaşlı Ruida Əbdül Rəhman Yəmənin paytaxı Sənadan 75 kilometr uzaqdlıqda yerləşən Həcca şəhərində xəstəxanada müalicə olunur. O, çox kəskin qida çatışmazlığından əziyyət çəkirdi, lakin Dünya Ərzaq Proqramının təmin etdiyi xüsusi qidalar sayəsində onun vəziyyəti yaxşılaşır. Onun atası Əbdül deyir ki, bütün ölkə qida çatışmazlığından əziyyət çəkir və müharibə nəqliyyat şəbəkələri və tibbi yardımı məhv edib.

“Müharibə səbəbilə heç bir nəqliyyat, tibbi yardım yoxdur. Hər yerdə qida çatışmazlığı hökm sürür. Elə bil aclıq vəziyyətindəyik. Ölkə boyu uşaqlar əziyyət çəkir” o deyib. (amerikaninsesi.org)