XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 18:51

Aleksandr Lukaşenko:“Belarusun və Rusiyanın birləşməsi xalqların iradəsindən asılıdır”

Belarus və Rusiya hər iki dövlətin xalqlarının iradəsinə uyğun dərəcədə yaxınlaşmağa hazırdır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyalı həmkarı Vladimir Putinlə danışıqların nəticəsinə dair jurnalistlərin suallarını cavablandırarkən deyib.

Aleksandr Lukaşenko qeyd edib ki, Rusiya-Belarus danışıqlarında suverenitet məsələsi ümumiyyətlə müzakirə edilməyib: “Biz (Lukaşenko və Putin) elə sabahdan ikilikdə birləşə bilərik, bizim problemimiz yoxdur, lakin siz, ruslar və beloruslar, buna hazırsınızmı? Siz (hər iki ölkənin vətəndaşları) nə qədər hazır olsanız, biz də sizin iradənizi bir o qədər yerinə yetirəcəyik”, – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, əgər xalq buna hazır olmasa, Rusiya nə qədər böyük və güclü olsa belə, bu gün kiməsə öz iradəsini diktə etmək iqtidarında deyil.