XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 22:16

Donald Tramp ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə sənəd imzalayıb

ABŞ Prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə sənəd imzalayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders bildirib. O, Twitter səhifəsində Donald Trampın Ağ evdəki iş otağında fotosunu dərc edərək yazıb: “Prezident dövlət təhlükəsizliyinə təhdid və cənub sərhədində humanitar böhranla bağlı bəyannamə imzalayır”.

Fövqəladə vəziyyət rejiminin tətbiqi Donald Trampın Meksika ilə sərhəddə səddin tikintisi üçün 8 milyon dollar vəsait almasına yol açacaq. Belə ki, ABŞ Konqresi bu məqsəd üçün prezidentin tələb etdiyi 5,7 milyard dollar əvəzinə yalnız 1,375 milyard dollar ayırıb.

Demokratlar fövqəladə vəziyyət rejiminin tətbiqinə kəskin etiraz ediblər. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampın qərarına qarşı məhkəmədə iddia qaldıracaqlarını bildirib.