XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 22:55

Müdafiə naziri Hülusi Akar:“Suriya ərazisindəki təhlükəsizlik zonasına Türkiyə nəzarət etməlidir”

“Suriya ərazisində Türkiyənin dövlət sərhədi boyunca təmin olunacaq təhlükəsizlik zonası bütün bölgə üçün əhəmiyyətlidir. Bu zonaya koalisiya qüvvələri yox, Türkiyənin hərbi birlikləri nəzarət etməlidir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar Almaniyada keçirilən Münxen Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan toplantıda deyib. ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanın müdafiə nazirlərinin iştirakı ilə keçirilən həmin toplantıda çıxış edən H. Akar diqqətə çatdırıb ki, Türkiyənin Silahlı Qüvvələri “Zeytun budağı” və “Firat qalxanı” antiterror əməliyyatları nəticəsində bölgədə üç mindən yuxarı İŞİD terrorçusunu zərəsizləşdirib.

Türkiyəli nazir söyləyib ki, ABŞ qüvvələrinin Suriyadan çıxarılması ilə bölgədəki boş ərazi digər terrorçu təşkilatların nəzarətinə keçməməlidir. Tələb olunan təhlükəsizlik zonası isə təkcə Türkiyə üçün deyil, eyni zamanda, öz yurd-yuvasına dönmək istəyən suriyalıların rahatlığı üçün də vacibdir.