XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Fevral 2019 - 12:12

Avropa Parlamenti Macarıstanı tənqid edib- Budapeşt ittihamları rədd edir

Avropa Parlamenti Macarıstanda “bütün azadlıqların və ümumi normaların pozulması” məsələsini yenidən müzakirə edir. Əvvəlki debatlarda şəxsən iştirak etmiş baş nazir Viktor Orban solçular və liberallar, konkret olaraq hollandiyalı “yaşıllar”ın deputatı Cüdit Sarcentini tərəfindən onun ölkəsinə “hücumları” rədd edib.

Azərtac xəbər verir ki, rəsmi Budapeşt Avropa Parlamentinin deputatlarının Brüsseldə bu ölkəyə qara yaxmaq üçün toplaşdıqlarını bəyan edib.

Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaç deyib: “Biz bu debatlarda iştirak etmirik, çünki onların keçirilməsi üçün heç bir əsas yoxdur. Bu hadisə Avropa Parlamentində uydurulmuş siyasi kampaniyanın bir hissəsidir və elə onun divarları arasında da qalmalıdır. Həqiqi siyasi kampaniya isə geniş ictimaiyyət üçün keçirilməli və Avropa Parlamentinin sırıdığı qaydalar üzrə aparılmamalıdır”.