XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

16 Fevral 2019 - 17:15

Fransada “sarı jiletlər” aksiyasının 14-cü aktı başlayıb- Etirazçılar böyük şəhərlərdə toplaşacaqlar

Fransada “sarı jiletlər” etiraz aksiyasının 14-cü aktı başlayıb.

AZƏRTAC xəbər verir ki, etirazçılar ölkənin bir çox böyük şəhərlərində də toplaşacaqlar.

Parisdə “sarı jiletlər” hərəkatı ilə bağlı fevralın 17 və 18-də ümumilikdə üç nümayiş və dörd toplantının keçirilməsi ilə bağlı polis idarəsinə məlumat verilib. Dövlət orqanları qeyri-qanuni toplaşmaların və dağıdıcı hərəkətlərin olmasını istisna etmir.

Etirazçılar sosial şəbəkələrdə “14-cü akt-Fransa sülh içində” adı altında saat 13-də toplaşmağa çağırışlar ediblər. Təşkilatçılar hər iki tərəfdən olan “ölüm hallarına, yaralı və əlil olmalara nə qədər dözək?”, “Zorakılığa son qoyaq” çağırışları ilə “sarı jiletlər”i dinc nümayiş etməyə səsləyiblər.

Polis və jandarm qüvvələri səfərbər edilib, Yelisey çölləri prospekti və Konkord meydanında toplaşmaq qadağan olunub.