ABŞ öz müttəfiqlərinin potensial düşmənlərdən silah almasına kəskin etirazını bildirib.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens fevralın 16-da Təhlükəsizlik üzrə Münxen Konfransında bəyan edib.
“Biz müttəfiqlərimizin rəqiblərimizdən silah almasını kənardan izləməyəcəyik. Əgər müttəfiqlərimiz Şərqdən asılı olsa, biz Qərbdə sülhə təminat verə bilmərik”, – deyə Maykl Pens bildirib.