XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2019 - 11:06

ABŞ Avropaya səsləndi:"İŞİD yaraqlılarını geri götürün və onları məhkəmə qarşısına çıxarın"

Amerika lideri Donald Tramp Avropa İttifaqı  ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox yaraqlısını “geri götürməy”ə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb.

Bunu “Twitter” mikrobloqunda yazıb.

Birləşmiş Ştatlar Böyük Britaniya, Fransa, Almaniya və Avropadan olan digər müttəfiqlərindən Suriyada yaxaladığımız 800-dən çox İŞİD yaraqlısını geri götürməyi və onları məhkəmə qarşısına çıxartmağı xahiş edir“, – deyə Tramp bildirib.

O əlavə edib ki, “alternativ variant heç də yaxşı deyil”, yəni ABŞ onları azad etmək məcburiyyətində qalacaq.

Daha əvvəl KİV ABŞ-ın öz qoşunlarını Suriyadan tamamilə çıxartmaq niyyətində olduğunu yazıb. (Report)