XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

17 Fevral 2019 - 17:43

Maduro ABŞ-ın ərzaq yardımlarını ölkəyə buraxmır –Müxalifət lideri sabah planlarını açıqlayacaq

Birləşmiş Ştatlar Venesuelaya yardım məqsədi ilə qonşu Kolumbiyaya daha bir təyyarə ərzaq məhsulları və dəva-dərman göndərib.

Hərbi-nəqliyyat təyyarəsi Venesuela sərhədi yaxınlığındakı Kukuta şəhərinə enib. Bu son vaxtlar ABŞ-ın Venesuelaya göndərdiyi ikinci hümanitar yükdür. Amma Venesuelada prezidentliyini qorumağa çalışan Nicolas Maduro hökumətu bu yükləri ölkəyə buraxmır.

Qeyd edək ki, ABŞ, bir sıra Latın Amerikası və Avropa ölkələri artıq Maduronun legitimliyini tanımırlar.

Müxalifət lideri, parlamentin sədri Xuan Quaydo, fevralın 23-dək hümanitar yardımların ölkəyə çatdırılmasına çalışır. O, paytaxt Karakasda tərəfdarları qarşısında çıxış edərkən deyib ki, öz planının detallarını fevralın 18-də açıqlayacaq.

Quaydonun hazırda Kolumbiyada olan nümayəndəsi Lester Toledo bildirib ki, müaxlifət tərəfdarları hərbçilərlə söhbət etmək, onları sərhədi açmağa inandırmaq üçün sərhədə toplaşacaqlar. Quaydo bu arada bir daha hərbçiləri Maduronun əmrlərinə tabe olmamağa çağırıb.

ABŞ-ın yaxın vaxtlarda Venesuelaya daha 3 təyyarə hümanitar yük göndərəcəyi gözlənir. Venesuelada hümanitar vəziyyət son illər pisləşib, ölkədə ərzaq və dəva-dərman qıtlığı yaranıb.

Müxalifət lideri və parlamentin sədri Xuan Quaydo ötən ay özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Iatın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər.

Rusiya isə Venesuela böhranında Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

(Azadlıq radiosu)