XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 13:41

NATO Egey dənizində “anti-miqrasiya” əməliyyatına başlayır

b021121ci 20th November 2002 NATO Summit Meeting in Prague, Czech Republic North Atlantic Council Meeting at the level of Heads of State and Government. North Atlantic Council Meeting with Invitees at the level of Heads of State and Government. - General View

20th November 2002<br />NATO Summit Meeting in Prague, Czech Republic<br />North Atlantic Council Meeting at the level of Heads of State and Government.<br />North Atlantic Council Meeting with Invitees at the level of Heads of State and Government.<br />- General View

 

NATO Avropa İttifaqının qaçqın problemi və miqrasiya böhranına reaksiyasını dəstəkləmək qərarına gəlib.

 

Strateq.az azertag.az-ın Vesti.ru saytına istinadla xəbər verir ki, təşkilatın Baş katibi Yens Stoltenberq iki həftə əvvəl NATO ölkələrinin müdafiə nazirlərinin Almaniya, Yunanıstan və Türkiyənin təklifinə cavab olaraq təcili qərar qəbul etdiyini bildirib. O, alyansın Egey dənizində qanunsuz dövriyyə marşrutu və qanunsuz miqrasiyanın qarşısını almaq istiqamətində beynəlxalq səylərdə iştirak edəcəyini deyib.

 

NATO-nun mənzil qərargahı tərəfindən fevralın 25-də yayımlanan kommünikedə qərarın qəbul olunmasından 48 saat sonra alyansın ikinci daimi dəniz qrupunun Egey dənizinə gəldiyi qeyd olunur. Qrup kəşfiyyat və nəzarət fəaliyyəti ilə məşğul olacaq, topladığı məlumatları müvafiq milli qurumlara ötürəcək. Stoltenberqin fikrincə, bu, qanunsuz şəbəkələrə qarşı daha effektiv mübarizə aparmağa imkan verəcək. NATO, həmçinin Avropa İttifaqının “Frontex” sərhədçi agentliyi ilə də birbaşa əməkdaşlıq etmək niyyətindədir.

 

Kommünikedə qeyd olunur ki, alyans mühacirləri daşıyan gəmiləri geri göndərməyəcək, sadəcə, Yunanıstan və Türkiyənin sahil mühafizə xidmətlərini informasiya ilə təmin edəcək.