XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

18 Fevral 2019 - 00:16

Ağ Ev Trampın fövqəladə vəziyyət qərarını dəstəkləyir –Prezidentin müşaviri bəyanat verdi

Ağ Ev bazar günü ABŞ prezidenti Donald Trampın bu addımı atmaya bildiyini açıqlasa da, qeyri-qanuni mühacirətin qarşısını almaq üçün Birləşmiş Ştatların Meksika ilə sərhədində divarın inşası məqsədilə fövqəladə vəziyyət elan etmək qərarına dəstək bildirib.

“O, böhranı diqqətsiz qoya bilərdi, amma bunu etməmək kimi bir seçim edib” – deyə, Trampın müşaviri Stiven Müller “Fox News” telekanalına müsahibəsində bildirib.

Mühacirət məsələlərində sərt mövqe tutan Müller keçmiş respublikaçı prezident Corc Buşu təxminən 20 il bundan əvvəl ölkəyə indikindən dörddə dəfə artıq qeyri-qanuni mühacirin gəldiyi zaman ABŞ-a “xəyanət etdiyinə” görə kəskin tənqidlərə məruz qoyub. Müllerin fikrincə, problemin mahiyyəti ondan ibarətdir ki, “güclü dövləti sərhəd təhlükəsizliyi olmadan təsəvvür etmək mümkün deyil”.

O deyib ki, Trampın addımı “bizim öz sərhədlərimizi möhkəmləndirməkdən” ibarətdir, qeyri-qanuni mühacirət isə “ölkəmiz üçün təhlükədir”.

Müller bildirib ki, Trampın bu qərarı prezidentə fövqəladə hallar elan etmək səlahiyyəti verən 1976-cı ilə aid qanunla əsaslandırılır. Lakin o zamandan bəri elan edilmiş heç bir 59 halda prezidentin konkret məqsədlər üçün maliyyə ayırmaqdan imtina edən Konqresdən yan keçdiyi bir vəziyyət qeydə alınmayıb.

Prezident Donald Tramp cümə günü Konqresi yan keçərək Meksika ilə sərhəddə divar inşa etmək üçün lazım olan pulu əldə etmək üçün fövqəladə vəziyyət elan edib.

Nümayəndələr Palatası və Senat cümə axşamı sərhəd təhlükəsizliyi ilə bağlı qanun layihəsini təsdiq edərək, hökümətin bağlanmasının qarşısını alıb. Qanun layihəsi ilə sərhədin 90 kilometri boyunca baryerin inşası üçün $1.3 milyard dolların ayrılması nəzərdə tutulur. Bu isə Trampın tələb etdiyi 5.7 milyard dollardan xeyli azdır.

Tramp fövqəladə vəziyyəti Konqres tərəfindən təsdiq edilən maliyyənin miqdarından razı olmadığı üçün elan etdiyini bildirib.

Prezident divarın inşası üçün 8 milyard dollardan artıq maliyyə vəsaitini başqa layihələr üçün ayrılmış hökumət fondlarından istifadə etməklə əldə etməyi planlaşdırır. Lakin maliyyə fondlarının köçürülməsinə dair bu addımın qarşısını almaq üçün artıq indidən məhkəmə iddiaları hazırlanır.

Müllerin sözlərinə görə, sərhəddə 320 kilometrlik divarın inşası 2020-ci il sentyabr ayının sonları, prezident Trampın ikinci müddətə seçilmək üçün keçiriləcək seçkilərdən bir neçə həftə öncəyə qədər, hazır olacaq.

(Amerikanın səsi)