XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 13:57

“Dövlətimizin təhlükəsizliyi pozularsa, atəşkəs qarşımızı ala bilməz!”

Əhməd Davudoğlu

Türkiyənin baş naziri: "Dövlətimizin təhlükəsizliyi pozularsa, atəşkəs qarşımızı ala bilməz"

"Atəşkəs Suriyada savaşan tərəflər üçün keçərlidir. Türkiyə istənilən tərəfdən təhdid edilərsə, dövlətimizin təhlükəsizliyi pozularsa, bu atəşkəs bizim qarşımızı ala bilməz".

Report.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Əhməd Davudoğlu Konyadakı tədbirdə çıxışı zamanı vurğulayıb.

""YPG" və "PYD" (terrorçu PKK-nın Suriyadakı qolları) ünsürlərinə açıq-aşkar bildirirəm ki, "atəşkəsdir" deyib, Türkiyəyə qarşı fəaliyyətlərini davam etdirməsinlər. Əməllərinə diqqət etsinlər", -deyə, o, bildirib.

Xatırladaq ki, Türkiyə də Suriyadakı atəşkəsə qoşulduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ və Rusiya Suriyada atəşkəs rejiminin fevralın 27-də başlaması haqda razılığa gəlib. Silahlı münaqişədə iştirak edən tərəflər fevralın 26-sı günorta saatlarınadək atəşkəs rejiminə qoşulacaqlarını bildirməlidir. İŞİD və Ən-Nusra silahlı qruplaşmalarından başqa bütün tərəflərdən bu rejimə qoşulmaları haqda cavab gözlənilir.