İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) “Ceyşül-ədl” qrupuna qarşı qisas əməliyyatının keçirildiyini açıqlayıb.
Strateq.az “Təsnim” İA-ya istinadla xəbər verir ki, İİKK-nin bəyanatında uğurlu əməliiyyat nəticəsində 3 terrorçunun həbs olunduğu, ümumən 750 kq partlayıcı maddənin ələ keçirildiyi bildirilir.
Bəyanatda Pakistan hökuməti və ordusu ilə tərəfdaşlıqla daha geniş əməliyyatın keçiriləcəyinə ümidvarlıq vurğulanıb.
Xatırladaq ki, İranın Sistan-Bəlucestan vilayətindəki Xaş-Zahedan yolunda intiharçı hücum nəticəsində 27 İİKK üzvü öldürülüb, 13 hərbiçi yaralanıb.
Pakistan ərazisində fəaliyyət göstərən “Ceyşül-ədl” qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.