Türkiyə və İran arasında yeni “Kapıköy” nəzarət-buraxılış məntəqəsi (NBM) açılıb.
Trend-in məlumatına görə, Türkiyənin Van vilayətində yerləşən məntəqənin tikintisinə 2017-ci ildə başlanmışdı. Layihənin ümumi dəyəri 100 milyon türk lirəsi təşkil edib. Qeyd edək ki, hazırda Türkiyə sərhədlərində 27 NBM var. Onlardan 4-ü İraqla sərhəddə yerləşir, 7-si fəaliyyət göstərmir, Ermənistanla sərhəddəki isə bağlanıb.